
Renessans (Ağ şəhər) neolassik memarlıq xəttini müasir istehsal keyfiyyəti ilə birləşdirən layihədir. Klassik memarlığın nisbət, simmetriya və zəriflik prinsipləri burada bu günün texnologiyası və yüksək standartları ilə yenidən həyata keçirilir.
Layihənin əsasında sadə bir fikir dayanır: gözəllik həm görünüşdə, həm də keyfiyyətdə özünü göstərməlidir. Neolassik üslub bizə xətlərin təmizliyini, formaların harmoniyasını və detalların incəliyini verir. Müasir istehsal isə bu estetikanın dəqiq icrasını və uzunömürlülüyünü təmin edir.
